10 iyun 2026-cı il tarixində Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal Bələdiyyəsinin və Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə Yeni Yasamal 1, ev 7, 8 ünvanda yerləşən ABAD məhəllədə ahıllar arasında nərd üzrə Yasamal rayon turniri keçirildi.
Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının Hakimlər Kollegiyasının üzvü Natiq Zaidov iştirak edib.
Yarışın nəticələrinə əsasən:
I yerə Eynulla Mərdanov,
II yerə Çingiz Məcidov,
III yerə Şahbaz Şahbazov layiq görülüb.
Qaliblər təşkilatçılar tərəfindən diplom, medal və xatirə hədiyyələri ilə təltif edildilər.