Badamdar qəbiristanlığında 44 günlük Vətən mühairbəsi şəhidi Salahov Elvin Sabir oğlunun doğum günündə məzarı ziyarət olunub. Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov,Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin əməkdaşları, şəhid ailə üzvləri, qazilər və rayon ictimaiyyəti şəhidin məzarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Məzar ziyarətindən sonra şəhidin əziz xatirəsi üçün ehsan süfrəsi açılıb.
Qeyd edək ki, Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Salahov Elvin Sabir oğlu şəhadətindən sonra “Azərbaycan Bayrağı” ordeni, "Cəsur döyüşçü" medalı ,"Vətən uğrunda" medalı, "Xocavəndin azad olunması uğrunda" medalı və "Kəlbəcərin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!