Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün”Əziz Uşaqlar Dünya Sizinlə Gözəldir!” adlı tədbir keçirilib.Tədbirdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun salamlarını və xoş arzularını çatdırdı. Uşaqlar üçün nahar süfrəsi açıldı. Müxtəlif nağıl personajlarının çıxışı ilə şou proqram uşaqlar tərəfindən maraqla qarşılandı. Valideynlərdən İlahə Rəsulova və Arzu Mirzəyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdi.
Tədbirin sonunda Bələdiyyənin sədri Tahir Məmmədov və sədr müavini Fuad Mirələmov uşaqlara hədiyyələr təqdim etdilər.