Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun,Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun və bələdiyyənin icra aparatın məsul işçilərinin iştirakı ilə Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsi 98 saylı binanın sakinləri ilə növbəti səyyar görüş keçirilmişdir. Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.
Daha sonra sakinlər binanın həyətində abadlıq işlərinin aparılması, oturacaqlar və söhbətgahların təmir edilməsi, ağacların budanması,quru ağacların götürülməsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.Səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlərdən Mirməhərrəm Seyidov,Lətifə Qasımova,Leyla Süleymanova,Gülgəz Mikayılova çıxış edərək rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.