“Zorakılığa STOP” adlı layihə həyata keçirilir

“Zorakılığa STOP” adlı layihə həyata keçirilir

7 Noyabr 2022, 13:12 Tədbirlər

“Zorakılığa STOP” adlı layihə həyata keçirilir



“Zorakılığa STOP” adlı layihə həyata keçirilir

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məişət zorakılığı ilə mübarizə çərçivəsində zorakılıq hallarının erkən aşkar edilməsi, risk qrupuna daxil olan ailələrin müəyyən edilməsi və müvafiq qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə Yasamal rayonunda "Zorakılığa stop!” adlı layihə həyata keçirilir. Bu məqsədlə Yasamal rayon bələdiyyəsinin inzibati binasında xüsusi qutu yerləşdirilib. Məişət zorakılığına məruz qalan, həmçinin bənzər hallara şahid olan, lakin aidiyyəti qurumlara vaxtında müraciət etməkdən çəkinən vətəndaşlar artıq yaşadıqları ərazi üzrə bələdiyyənin inzibati binasına yaxınlaşaraq öz şikayətlərini məktub şəklində həmin qutuya daxil edə bilərlər. Qeyd edək ki, müraciət edənlərin anonimliyi qorunmaqla hər günün sonunda məktublar bələdiyyə nəzdində yaradılmış Gender məsələləri və məişət zorakılığı ilə mübarizəyə dair Komissiyanın üzvləri tərəfindən araşdırılaraq müvafiq tədbir görülməsi üçün aiddiyyəti üzrə Yasamal Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə Monitorinq Qrupuna yönləndirilir. Müraciətlərin qısa zamanda araşdırılması üçün məktubda ünvan və əlaqə nömrələrinizi qeyd etməyiniz xahiş olunur. Siz yetər ki, vaxtında bizə müraciət edin! Məişət zorakılığına birlikdə STOP deyək!