İslam aləmində ən müqəddəs
bayramlardan biridə Qurban bayramıdır.Yasamal rayon İcra Hakimiyyətinin
təşəbbüsü ilə “Qurban” bayramı münasibətilə Yasamal bələdiyyəsində keçirilən
tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına,
aztəminatlı ailələrə, tənha şəxslərə və əlillərə ümumilikdə 2000 ailəyə Qurban payı
təqdim edilmişdir. Qurban payı iki gün ərzində
bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılmış, yaşlı və ahıl
insanlara isə qurban payı mənzillərində təqdim edilmişdir.