Yasamal rayonunda növbəti ekoloji aksiya keçirilib.

Yasamal rayonunda növbəti ekoloji aksiya keçirilib.

18 Mart 2026, 16:58 Tədbirlər

Yasamal rayonunda növbəti ekoloji aksiya keçirilib.



Yasamal rayonunda növbəti ekoloji aksiya keçirilib.


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-ci ilin “Şəhərsalma və Memarlıq ili” elan edilməsi Sərəncamı ilə əlaqədar Yasamal rayonunda ekoloji aksiya baş tutub.  Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və RİH-in aparat əməkdaşları, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev və partiya fəalları, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və bələdiyyə üzvləri iştirak ediblər. Aksiya çərçivəsində ərazidə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir. Ərazidə əkilən ağaclara daimi qulluq göstərilməsi üçün suvarılma məsələləri həll olunub. Həmçinin il boyu bu ağaclara qulluq məsələləri yerli icra qurumları tərəfindən nəzarətə alınıb.