Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar fevralın 26-da Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri paytaxtdakı “Ana harayı” Xocalı soyqırımı abidəsini ziyarət ediblər.Ziyarətdə Yasamal rayonunu təmsil edən idarə, təşkilat və ayrı-ayrı qurum və müəssisələrinin minlərlə əməkdaşı iştirak edib. Yasamal rayon ictimaiyyətnin nümayəndələri soyqırım abidəsinin önünə gül dəstələri düzərək, faciə qurbanlarının əziz xatirələrini ehtiramla anıblar.Sonra Yasamal Bələdiyyəsində Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bələdiyyə tərəfindən Yasamal rayonunda məskunlaşan Xocalı sakinlərinə ərzaq yardımı verildi.