Ölkənin qabaqcıl sığorta şirkətlərindən olan PAŞA Sığorta şirkətinin nümayəndələrinin iştirakı ilə Yasamal bələdiyyəsinin inzibati binasında maarifləndirici tədbir keçirilib.Tədbirdə Yasamal bələdiyyəsinin üzvləri və qulluqçuları,rayon Mənzil Kommunal Təsərrüfati Birliyinin rəhbərliyi, Mənzil Kommunal İstismar Sahələrinin rəisləri iştirak edib. PAŞA Sığorta şirkətinin şöbə müdiri Səxavət İlyaszadə sığorta şirkətinin fəaliyyəti ilə bağlı görülən işlər və yeniliklər barədə məlumat verdi.Tədbirdə çıxış edən Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov PAŞA Sığorta şirkəti ilə əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsindən danışdı.
Sonda tədbir iştirakçılarına PAŞA Sığorta şirkətinin fəaliyyətini əks etdirən bukletlər paylanıldı.