Bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı Yasamal bələdiyyəsinin inzibati binasında ictimai dinləmə keçirilmişdir

Bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı Yasamal bələdiyyəsinin inzibati binasında ictimai dinləmə keçirilmişdir

24 Avqust 2024, 14:59 Tədbirlər

Bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı Yasamal bələdiyyəsinin inzibati binasında ictimai dinləmə keçirilmişdir



Bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı Yasamal bələdiyyəsinin inzibati binasında ictimai dinləmə keçirilmişdir

 İctimai dinləmədə Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova,Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Əli Əkbərli,Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin nümayəndəsi Ceyhun Əkbərli,Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin sədri Vüqar Tofiqli,şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, bələdiyyə üzvləri və qulluqçuları məhəllə komitələrinin sədrləri və rayon sakinləri iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov qonaqları salamladı.Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Geniş məruzə ilə çıxış edən Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov Azərbaycan bələdiyyələrinin 25 illik inkişaf yolundan və Yasamal bələdiyyəsi tərəfindən görülən işlər barədə danışaraq, abadlıq quruculuq işlərində eləcədə sosial yönümlü məsələlərin həllində Bələdiyyəyə hər zaman dəstək olan Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elşad Həsənova öz adından və rəhbərlik etdiyi kollektiv adından minnətdarlığını bildirdi. Eyni zamanda bələdiyyələrin inkişafında verdikləri metodiki tövsiyələrə və göstərdikləri qayğıya görə Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin rəhbərliyinə və əməkdaşlarına və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasına öz təşəkkürünü bildirdi. Daha sonra Yasamal bələdiyyəsi tərəfindən görülən işlər barədə hazırlanmış qısametrajlı videoçarx nümayiş etdirildi. Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova Bələdiyyələrin yaranmasının 25 illlik yubileyi ilə bağlı təbrik edərək,Bələdiyyələrin fəaliyyətindən danışdı və Yasamal bələdiyyəsi tərəfindən rayon ərazsində görülən işləri yüksək qiymətləndirdi.AŞBMA-nın icraçı katibi Əli Əkbərli,Ədliyyə nazirliyi Bələdiyyələrlə İş Baş idarəsinin nümayəndəsi Ceyhun Əkbərli,Bələdiyyələrin fəaliyyətinin təbliği ictimai birliyinin sədri Vüqar Tofiqli, yerli özünü idarətmə institutunun formalaşdırılmasından danışaraq, Azərbaycanda Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli maraqlar, sosial ədalət və demokratiya siyasətinə söykənən müasir idarəetmə modelində bələdiyyələrin özünəməxsus yerə malik olduğunu bildirdilər. Şəhid ailələrindən Emuliya Rzayeva, Elçin İslamov,Sabir Salahov,qazilərdən Adil Mirzəyev,Məlik Xəlilov,Kamran Həsənov, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin Yasamal rayon şöbəsinin sədri Bəhram Şeydayev,“20 Yanvar”cəmiyyətinin sədri Maral Zamanova,məhəllə komitəsinin sədri Camal Əliyev Yasamal bələdiyyəsi tərəfindən görülən işləri yüksək qiymətləndirərək,göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər. Sonda İctimai dinləmədə iştirak edən rayon sakinlərinin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.