Yasamal bələdiyyəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi

Yasamal bələdiyyəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi

24 Dekabr 2025, 16:26 Tədbirlər

Yasamal bələdiyyəsində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi



Yasamal bələdiyyəsində  31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirildi


Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib.Tədbirdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdi. Bayram münasibətilə uşaqlar üçün nahar süfrəsi açılmışdır. Tədbirdə Azərbaycan Texniki Universitetində təhsil alan türkiyəli tələbələr uşaqlar üçün musiqili-əyləncəli konsert proqramı ilə çıxış etdilər. “Məryəm”əlil uşaqlar ictimai birliyinin sədri İlahə Rəsulova xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirdi. Sonda uşaqlara bayram hədiyyələri təqdim olundu. Rayon ərazisində bu kimi tədbirlər bundan sonra da davam etdiriləcəkdir.