Yasamal bələdiyyəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi

Yasamal bələdiyyəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi

13 İyun 2025, 15:53 Tədbirlər

Yasamal bələdiyyəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi



Yasamal bələdiyyəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirildi


Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün tədbir keçirilib. Tədbirdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı və 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbrik etdi. Tədbirdə iştirak edən Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova bayram münasibətilə uşaqları təbrik etmiş və ən xoş arzularını çatdırmışdır. Bayram münasibətilə uşaqlar üçün nahar süfrəsi açılmışdır. Əlilliyi olan şəxslərə sosial dəstək ictimai birliyinin sədri Təranə Musayeva xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən diqqət və qayğıya görə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirmişdir.