Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Nəriman Nərimanov küçəsi 201,203 və 205 saylı binalarda yaşayan sakinlər ilə səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.Sakinlərin binaların həyətində abdlıq işlərinin aparılması, mini futbol stadionunun inşa olunması,asudə vaxtlarını keçirmək üçün söhbətgahların quraşdırılması,oturacaqların qoyulması,qurumuş ağacların götürülməsi və digər məsələlərlə bağlı arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlər adından çıxış edən Vaqif Əliyev rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlığını bildirdi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.