26 Fevral “Xocalı faciəsi”nin 32-cu ildönümü ilə əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin və Bələdiyyənin nümayəndələri Xocalı soyqırımı abidəsini ziyarət edib,abidənin önünə gül dəstələri düzüb və faciə qurbanlarını ehtiramla yad ediblər.Sonra Yasamal Bələdiyyəsində Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Bələdiyyə tərəfindən Yasamal rayonunda məskunlaşan Xocalı sakinlərinə ərzaq yardımı verildi.