Vətəndaşların sağlam həyat tərzi

Vətəndaşların sağlam həyat tərzi

10 İyun 2024, 13:54 Tədbirlər

Vətəndaşların sağlam həyat tərzi



Vətəndaşların sağlam həyat tərzi

Yasamal rayonunda fəaliyyət göstərən İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən “Şəkərli diabed”, “Sağlam qida”, “Tütündən imtina et”, “Ürəyinizi qoruyun”, “No smoke selfie”, “Sağlamlıq” və s. mobil tətbiqlər istifadəyə verilmişdir. Yasamal Bələdiyyəsi əhali, o cümlədən əhalinin xüsusi qrupları üçün nəzərdə tutulmuş maarifləndirici çap materiallarının paylanmasına və təbliğatına geniş yer verir.Materiallarda xəstəliklərin risk faktorları və onların profilaktikası, reproduktiv sağlamlıq və ailə planlaşdırılması, ekologiya və sağlamlıq, narkomaniya, yol təhlükəsizliyi kimi vacib problemlərlə bağlı faydalı və sübutlu məlumatlar əks olunub. Yasamal Bələdiyyəsi və İSİM mütəmadi olaraq kommunikasiya kampaniyalarının və tədbirlərin keçirilməsində həmin çap materiallarını, həmçinin praktik həkim və müəllimlərin işində geniş istifadə ediləcək maarifləndirmə materiallarının (bukletlər, plakatlar, broşürlər, vərəqələr, təqvimlər və s.) yayılmasında əməkdaşlıq edir.


Əziz sakinlər! Gənclərimizi nə qədər çox məlumatlandırsaq, gələcəyimizə bir o qədər inamla baxa bilərik!