İkinci Fəxri xiyabanda 2023-cü ilin 19-20 sentyabr tarixində Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş baş leytenant Əliyev Vəliyulla Elmanoviç və əsgər Novruzzadə Hüseyn Faiq oğlunun şəhadətlərinin ikinci ildönümündə məzarları ziyarət olunub.
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir İsmiyev,Milli Məclisin deputatı Göydəniz Qəhrəmanov,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov ,müharibə iştirakçıları,ictimaiyyət nümayəndələri və şəhidlərin ailə üzvləri şəhidlərin məzarlarını ziyarət edib, önünə tər güllər düzüb, ruhuna dualar oxuyublar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!