Yasamal rayonu 52 nömrəli tam orta məktəbdə Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Yasamal rayonu üzrə nümayədəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” mövzusunda tədbir keçirilib.Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir iştirakçılarını salamlayaraq çıxış edən Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Yasamal rayonu üzrə nümayədəsi Tahir Məmmədov qeyd etdi ki, Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində yaratdığı ideoloji xətti bugün ardıcıl şəkildə davam etdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyi sayəsində Qərbi Azərbaycana qayıdış hüququ bu gün beynəlxalq səviyyədə daha güclü şəkildə müdafiə olunur. Tahir Məmmədov Qərbi Azərbaycanlıların deportasiya tarixindən, dağıdılan maddi-mədəni irsindən bəhs edərək, qayıdış hüququna toxunub.Daha sonra çıxış edənlər 52 nömrəli tam orta məktəbin direktoru Qabil Nəsibov,rayon ərazisində yaşayan Qərbi azərbaycanlılardan Lətafət Həsənova,Vüsalə İsgəndərova,Kəmalə Hacıyeva, Məhluqə Qurbanova və Yeganə Rzayeva Qərbi Azərbaycan həqiqətlərinin gənc nəsillərə çatdırılmasının milli yaddaşın qorunması üçün mühüm addım olduğunu vurğuladılar.
Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Yasamal rayonu üzrə nümayəndəliyindən Ruhiyyə Bayramova çıxış edərək Qərbi azərbaycanlıların adət-ənənələrinin, yeniyetmə və gənclərin bu sahədə biliklərinin artmasının gələcək üçün böyük dəyər daşıdığını qeyd etdi.
Digər çıxış edənlər Qərbi Azərbaycan İcmasının Bakı şəhəri Yasamal rayonu üzrə nümayədəliyinin fəaliyyət istiqamətləri, gələcəkdə görülməli olan işlərə dair fikir və mülahizələrini bölüşdülər.