“Könüllülər” Kitabxana İctimai Birliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin dəstəyi ilə təşkil olunan tədbirdə əvvəlcə, Müşfiqsevərlər, sənət adamları, Yasamal rayon ictimaiyyəti illərdən bəri formalaşan ənənəyə sadiq qalaraq ədibin İnşaatçılar prospektindəki abidəsi önünə gül-çiçək düzərək görkəmli şairin xatirəsini dərin ehtiramla yad etdilər.
Tədbirin aparıcısı, uzun illərdən bəri Müşfiq ədəbi irsinin tədqiqatçılarından olan əməkdar jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti Qafar Əsgərzadə açılış nitqində şairin həyatı və çoxşaxəli yaradıcılığı barədə geniş məlumat verdi.
Natiq çıxışının sonunda tədbirdə iştirakına görə Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələrinə Milli Məclisin deputatı Göydəniz Qəhrəmanova, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova, tədbirin bütün iştirakçılarına təşəkkürünü bildirdi.
Sonda əməkdar jurnalist Şəmsiyyə Kərimova , əməkdar jurnalist Mədinə Həsənova, əməkdar artist Faiq Əlibalayev, əməkdar mədəniyyət işçisi bəstəkar Rauf Məmmədov, əməkdar mədəniyyət işçisi Qəmər Seyfəddin qızı və digərləri “Könüllülər” Kitabxana İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olundular.