Yasamal Bələdiyyəsində Demokratik cəmiyyət və qadın hüquqlarının
müdafiəsi İctimai birliyi ilə birgə “İnsan alverinin qurbanı olma!” adlı tədbir
keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Yasamal Bələdiyyəsinin sədri Tahir
Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu kimi tədbirlərin
əhəmiyyətini vurğulayıb. Tədbirdə İctimai birliyin sədri Mehriban
Abdullayeva və digər çıxış edənlər insan alveri hallarının baş vermə
səbəblərindən, insan alveri və onun son zamanlar böyük bir problemə
çevrilməsindən, insan alveri qurbanlarının əsasən qadın və qızların
olmasından danışıblar.Sonra mövzuya aid video-çarx nümayiş olunub.
Tədbirin sonunda iştirakçılara mövzunu əhatə edən bukletlər paylanılıb.