Yasamal bələdiyyəsinin inzibati binasında bələdiyyənin məhəllə komitələrinin sədrləri,üzvləri və MTK-rın nümayəndələrinin iştirakı ilə 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə dair həsr olunan tədbir keçirilmişdir.Tədbirdə bələdiyyə sədri Tahir Məmmədov çıxış edərək qeyd etdi ki, məhəllə komitələrinin sədrləri hər zaman bələdiyyə tərəfindən aparılan təşkilati işlərdə yaxından köməklik göstəriblər. Əhalinin maarifləndirilməsində daima bələdiyyəyə yardımçı olublar.Eyni zamanda əmlak vergisinin ödənilməsinə,ərazilərin təmiz saxlanılmasına nəzarət edib və bu barədə daima Bələdiyyəni məlumatlandırıblar. Məhəllə komitələrinin sədrlərindən Qarabağ müharibəsi qazisi Tahir Kazımov, Camal Əliyev,Aləm Məcidov,Ənvər Məşədiyev,Kazım Məmmədov və başqaları öz çıxışlarında görülən işlərə görə Yasamal Rayon İcra Hakimiyyətinin və Bələdiyyənin fəaliyyətini yüksək qiymətləndirərək təşəkkür etdilər.
Sonda məhəllə komitələrinin sədrlərinin arzu və təklifləri dinlənildi, səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.