Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.
AzTU-nun rektoru Vilayət Vəliyev məzunları təbrik edib. Bildirib ki, bu il 2936 tələbə məzun adını qazanıb. Onların 1641-i bakalavr, 27-si əcnəbi tələbə, 1295-i magistr məzunlardır.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova,Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Çıxış edənlər məzunları təbrik edərək onlara ən xoş arzularını bildiriblər.
Daha sonra AzTU-nu ən yüksək ÜOMG ilə bitirən, eləcə də universitetin ictimai-sosial həyatında fəallıq nümayiş etdirən məzunların təltifolunma mərasimi keçirilib.
Tədbir konsert proqramı ilə davam edib.