16 sentyabr 2024-ci il tarixdə Yasamal rayonu 52 saylı orta məktəbdə“Bilik Günü” münasibətilə tədbir keçirilmişdir.Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.Tədbiri giriş sözü ilə məktəbin direktoru Qabil Nəsibov açaraq yeni dərs ilində şagirdlərə uğurlar arzuladı.Tədbirdə çıxış edən Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov Yeni tədris ili münasibətilə müəllim, valideyn və şagirdləri Yasamal Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elşad Həsənovun adından təbrik edərək şagirdlərə müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzuladı.