Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Qərbi Azərbaycan İcmasının Yasamal rayon nümayəndəsi Tahir Məmmədov tədbir iştirakçılarına İcma İdarə Heyətinin sədri,Milli məclisin deputatı Əziz Ələkbərlinin salamlarını çatdırdı.Tahir Məmmədov çıxışında Qərbi Azərbaycan həqiqətlərinin cəmiyyətə dolğun şəkildə çatdırılmasının və tarixi ədalətin bərpası istiqamətində ictimai birlik və maarifləndirmənin vacibliyini vurğulayıb.Tədbirdə iştirak edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,Bakı Dövlət Universitetinin professoru Zahid Cəfərov,Vətən müharibəsi şəhidi Elvin Salahovun atası Sabir Salahov çıxış edərək Qərbi Azərbaycan həqiqətlərindən,deportasiyaların tarixi və hüquqi aspektlərindən danışıblar.