Açılışda Yasamal rayonunun ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən QAİ İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz
Ələkbərli İcmanın fəaliyyəti haqda məlumat verərək bildirdi ki, Qərbi
Azərbaycan İcmasının təşkilatlanması işləri artıq başa çatmaq üzrədir. Sədr
vurğuladı ki, Qərbi Azərbaycan ideyası dünyadakı 60 milyona yaxın
azərbaycanlının ümumi məsələsinə çevrilib. Bununla yanaşı Qərbi
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində
görülən işlərin miqyası əhəmiyyətli dərəcədə genişləndirilib. Ə.Ələkbərli
bildirib ki, məhz Prezident İlham Əliyevin güclü iradəsi və müdrik siyasəti
soydaşlarımızda Qərbi Azərbaycana qayıdış hüquqlarımızın bərpa
olunacağına dərin inam hissini artırıb.
Daha sonra QAİ Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü,
professor Misir Mərdanov Qərbi Azərbaycan məsələsi ilə bağlı görülən
işlərin təməlinin Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu
vurğulayıb. Qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər
komandanlığı altında Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi o
torpaqlara yeni həyat qaytardı. Şuşada, Laçında görülən quruculuq işləri
barədə təssüratlarını bölüşən Misir Mərdanov Qərbi azərbaycanlılarda
qayıdışa inam hisslərinin tam olduğunu vurğuladı. Natiq çıxışında Qərbi
Azərbaycan həqiqətlərinin öyrənilməsi, təbliği, dünya ictimaiyyətinə
çatdırılmasında icmanın rolundan danışdı. İnformasiya cəbhəsində
Azərbaycana qarşı ikili standartlardan yanaşıldığını, bununla əlaqədar hər
bir icma üzvünün, eləcədə hər bir azərbaycanlının daha çox işləməli
olduğunu xüsusi qeyd etdi.
QAİ Yasamal rayonu üzrə nümayəndəsi Tahir Məmmədov görülən işlər
haqda hesabat xarakterli çıxış etdi. Bildirdi ki, nümayəndəliyin ofisinin
açılışı Qayıdış Konsepsiyasından irəli gələn bir sıra tapşırıqların həllində
önəmli rol oynayacaq.
Daha sonra Bakı Dövlət Universitetinin professoru İsmayıl Əliyev, Yasamal
rayon İcra Hakimiyyəti Başçısının müavini Təravət Muradova, YAP Yasamal
rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev,rayon ziyalıları adından Eldar
Həsənov, QAİ İdarə Heyətinin üzvü, Böyük Qarakilsə rayon icmasının sədri,
QAİ hüquq komissiyasının sədri, hüquq elmləri dokroru, professor Zahid
Cəfərov söz alaraq gənclərlə iş sahəsinə diqqətin artırılmasında ziyalıların
rolundan bəhs etdilər.
Digər çıxış edənlər də Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətləri,
gələcəkdə görülməli olan işlərə dair fikir və mülahizələrini bölüşdülər.