Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək əziz xatirəsini yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Tədbirin rəsmi hissəsində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra müasir, müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal rayonu nümayəndəsi Tahir Məmmədov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, YAP Yasamal rayon təşkilatının və Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal rayonu nümayəndəliyinin üzvləri iştirak edib.
Çıxış edən Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal rayonu nümayəndəsi Tahir Məmmədov tədbiri açıq elan edərək qeyd edib ki, Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin milli yaddaşın qorunması, tarixi ədalətin bərpası və deportasiya olunmuş soydaşlarımızın hüquqlarının müdafiəsi istiqamətində yaratdığı ideoloji xətti bugün ardıcıl şəkildə davam etdirir. Prezident İlham Əliyevin qətiyyətli siyasi mövqeyi sayəsində Qərbi Azərbaycana qayıdış hüququ bu gün beynəlxalq səviyyədə daha güclü şəkildə müdafiə olunur. Dövlətimizin əldə etdiyi Zəfər və bərpa etdiyi suverenlik milli iradənin gücünü sübut edərək qayıdış konsepsiyasının real siyasi hədəfə çevrilməsinə şərait yaradıb. Qərbi Azərbaycan İcmasının Bakı şəhəri üzrə Yasamal rayonu nümayəndəliyi də bu missiyaya sadiq qalaraq maarifləndirici tədbirlər, görüşlər keçirir. Bütün bu fəaliyyətlər göstərir ki, Qərbi Azərbaycana qayıdış artıq yalnız tarixi iddia deyil, dövlətin gücünə, Qələbəsinə və siyasi iradəsinə söykənən strateji məqsəddir.
Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Qərbi Azərbaycan İcmasının fəaliyyəti Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı milli ideologiyanın mühüm istiqamətlərindən birinin – tarixi torpaqlara bağlılıq və deportasiya ədalətsizliyinin aradan qaldırılması prinsipinin – davamıdır. O, hakimiyyəti dövründə Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması üçün hüquqi, siyasi və tarixi əsasların yaradılmasını təmin etmişdi. Bu xətt Prezident İlham Əliyev tərəfindən daha güclü, daha qətiyyətli və daha təsirli şəkildə davam etdirilir. Məhz dövlət başçısının apardığı siyasət nəticəsində Qərbi Azərbaycana qayıdış hüququ beynəlxalq hüquqa əsaslanan, legitim və siyasi baxımdan tanınan mövqeyə çevrilmişdir. Azərbaycan dövlətinin əldə etdiyi böyük Qələbə milli iradənin gücünü nümayiş etdirərək bu proses üçün tamamilə yeni tarixi fürsət yaratdı. Suverenliyin bərpası, regionda güc balansının dəyişməsi və Azərbaycanın artan beynəlxalq nüfuzu qayıdış konsepsiyasının reallaşmasını təkan verdi. Bu konsepsiyanın təbliği və kütləvi şüurda möhkəmləndirilməsi Qərbi Azərbaycan İcmasının əsas fəaliyyət istiqamətidir. İcma müxtəlif konfranslar, görüşlər və araşdırmalarla həm tarixi faktları, həm hüquqi bazanı, həm də siyasi məntiqi cəmiyyətə çatdırır. Yasamal Rayon nümayəndəliyi bu fəaliyyətin yerli səviyyədə effektiv həyata keçirilməsində mühüm rol oynayır. Nümayəndəlik icma üzvləri və gənclərlə, ziyalılarla görüşlər təşkil edir və qayıdış ideyasının dövlətçilik xətləri çərçivəsində təbliğini yerinə yetirir. Qərbi Azərbaycanla bağlı keçirilən müzakirələrdə həm Ulu Öndərin mirası, həm də Prezident İlham Əliyevin siyasi xətti paralel şəkildə təqdim olunur. Nəticə olaraq Qərbi Azərbaycana qayıdış ideyası artıq həm dövlət siyasəti, həm də milli təfəkkürün ayrılmaz bir parçası kimi daha güclü möhkəmlənir.
Sonda çıxış edən Böyük Qarakilsə rayon icmasının sədri Zahid Cəfərov qeyd edib ki, Qərbi Azərbaycan İcması Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik təməlini və tarixi yaddaş konsepsiyasını bu gün strateji şəkildə davam etdirən mühüm qurumdur. Ulu Öndərin müəyyən etdiyi siyasi kursda Qərbi Azərbaycan məsələsi milli kimliyin, tarixi varisliyin və hüquqi həqiqətin ayrılmaz hissəsi kimi dəyərləndirilirdi. Prezident İlham Əliyev bu ideyanı yeni dövrün reallıqlarına uyğunlaşdıraraq onu dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Azərbaycanın əldə etdiyi tarixi Zəfərlər, dövlətin hərbi-siyasi gücünün təsdiqi və regionda yaranmış yeni reallıqlar Qərbi Azərbaycana qayıdış üçün strateji əsasları daha da gücləndirib. Bu gün qayıdış hüququ yalnız tarixi iddia deyil, beynəlxalq hüququn prinsip və normalarına söykənən tam legitim tələbdir. Qərbi Azərbaycana qayıdış konsepsiyası həm tarixi ədalətin bərpasını, həm sülhün, təhlükəsizliyin və uzunmüddətli sabitliyin təminini nəzərdə tutur. İcmanın fəaliyyəti genişmiqyaslı siyasi, hüquqi, humanitar və ideoloji istiqamətləri özündə birləşdirir. Mütəmadi keçirilən tədbirlər, elmi müzakirələr və ictimai çağırışlar qayıdış ideyasını cəmiyyətin düşüncə fəzasında daha da gücləndirir. Yasamal Rayon nümayəndəliyi bu missiyanın yerli icra mexanizmidir və konsepsiyanın həm gənclər, həm ziyalılar, həm də müxtəlif sosial qruplar arasında təbliğini aparır. Burada keçirilən görüşlərdə qayıdış prosesinin Ulu Öndərin ideoloji xətti və Prezident İlham Əliyevin siyasi iradəsi ilə birbaşa bağlı olduğu vurğulanır. Bu istiqamətdə aparılan maarifləndirici işlər Qərbi Azərbaycan həqiqətlərinin unudulmamasına, əksinə daha geniş yayılmasına xidmət edir.
Çıxışlardan sonra Qərbi Azərbaycan İcması sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib. Vəsiqə alanlardan Ruhiyyə Bayramova Qərbi Azərbaycan həqiqətlərinin cəmiyyətə dolğun şəkildə çatdırılmasının və tarixi ədalətin bərpası istiqamətində ictimai birlik və maarifləndirmənin vacibliyini vurğulayaraq İcmanın işinə uğurlar arzuladı.