Yasamal bələdiyyəsi rəhbərliyinin 20.11.2026-ci il tarixində sakinlərlə növbəti görüşü keçirilib

Yasamal bələdiyyəsi rəhbərliyinin 20.11.2026-ci il tarixində sakinlərlə növbəti görüşü keçirilib

20 Noyabr 2026, 16:51 Görülən işlər

Yasamal bələdiyyəsi rəhbərliyinin 20.11.2026-ci il tarixində sakinlərlə növbəti görüşü keçirilib



Yasamal bələdiyyəsi rəhbərliyinin 20.11.2026-ci il tarixində sakinlərlə növbəti görüşü keçirilib


Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Şəfayət Mehdiyev küçəsi 142 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir. İlk öncə Bələdiyyənin sədri Tahir Məmmədov sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.Sədr Tahir Məmmədov sakinlər qarşısında Bələdiyyə tərəfindən görülən işlər barədə hesabatla çıxış etdi. Daha sonra binanın sakinləri binanın həyətinə asfalt örtüyünün çəkilməsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar. Görüş zamanı səsləndirilən bütün müraciətlər diqqətlə dinlənilmiş,əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülmüşdür. Sakinlər adından çıxış edənlər Elxan Əliyev,Rövşən Əliyev,Elşən Hacıyev və Vilayət Qasımov rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdilər. Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.