Yasamal bələdiyyəsinin rəhbərliyinin sakinlərlə görüşü keçirilmişdir.

Yasamal bələdiyyəsinin rəhbərliyinin sakinlərlə görüşü keçirilmişdir.

27 Aprel 2026, 15:02 Görülən işlər

Yasamal bələdiyyəsinin rəhbərliyinin sakinlərlə görüşü keçirilmişdir.



Yasamal bələdiyyəsinin rəhbərliyinin sakinlərlə görüşü keçirilmişdir.


Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Moskva prospekti məhəllə 3168 ünvanında yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı. Daha sonra məhəllə sakinləri yolların təmiri və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar. Sakinlər adından çıxış edən Pərviz Hüseynov rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.