Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında Yasamal Bələdiyyəsi tərəfindən kompleks tədbirlər həyata keçirilir. Rayonun ayrı-ayrı küçələrində,həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt örtüyü çəkilir. Rayonun Rahib Tağıyev, Kamal Rəhimov,Ümüd Əkbərov küçələrinə və Şəfayət Mehdiyev 81 ünvanda abadlıq işləri aparılmış və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq davam etdirilir.