Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə Yasamal rayonu Ümüd Əkbərov və Kamal Rəhimov küçələrində yaşayan sakinlərlə növbəti səyyar görüşü keçirilmişdir.Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.
Daha sonra sakinləri məhəllədaxili yolların təmiri,yaşadıqları küçələrin işıqlandırılması və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.Səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlər adından çıxış edən Müşfiq Hüseynov,Yaxşıxanım Quliyeva rayon ərazisində aparılan abadlıq- quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.