İslam aləminin ən müqəddəs bayramlarından biri olan Qurban bayramı münasibətilə Yasamal rayonunda nəcib aksiya baş tutub. Yasamal Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə ehtiyacı olan vətəndaşlara və aztəminatlı ailələrə Qurban əti sovqatları paylanılıb. Keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə, sosial cəhətdən həssas ailələrə, tənha şəxslərə və əlillərə Qurban payları təqdim edilib.Toplam 1800-dən çox sakinə Qurban payları verilib.Qurban payı iki gün ərzində bələdiyyə üzv və qulluqçularının iştirakıyla paylanılıb, yaşlı və ahıl insanlara isə qurban payları ünvanlarına çatdırılıb.