Yasamal rayonunda ekoloji aksiya keçirilib

Yasamal rayonunda ekoloji aksiya keçirilib

8 May 2025, 16:01 Görülən işlər

Yasamal rayonunda ekoloji aksiya keçirilib



Yasamal rayonunda ekoloji aksiya keçirilib


2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası baş tutub.Aksiya rayonun Mikayıl Müşfiq küçəsində keçirilib.Aksiyada bələdiyyə üzvləri və qulluqçuları, rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə 100-ə yaxın ağac və gül kolları əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.