Yasamal rayonunda yaşayan aztəminatlı ailələr, ahıl şəxslər Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin daim diqqət mərkəzindədir.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın məsul işçiləri rayon ərazisində yaşayan ahıl şəxsləri evlərində ziyarət edib və ərzaq sovqatları təqdim ediblər.Bələdiyyənin sədri Tahir Məmmədov onlara Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını və bayram təbriklərini çatdırmış,gündəlik qayğıları ilə maraqlanıb can sağlığı arzulamışdır. Ahıl sakinlərdən Şahxanım Şiriyeva,Zivər Abbas qızı,Dilarə Qurbanova və Məhərrəm Əhmədov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.