Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun və aparatın məsul işçilərinin iştirakı ilə növbəti səyyar görüş şəhid Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyevin ailəsinin yaşadığı Dadaş Bünyadzadə küçəsi 3 ünvanda keçirilmiş,sakinlərin istək və arzuları dinlənmişdir. Sakinlər adından çıxış edən bələdiyyənin məhəllə komitəsinin sədri Aləm Məcidov uşaqlar üçün yelləncəklərin quraşdırılması və binanın həyətində inşa edilmiş mini stadionun təmir edilməsini xahiş etdi. Görüşdə sakinlər rayon ərazisində görülən işlərə görə Yasamal rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənova və Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədova öz minnətdarlıqlarını bildirmişlər. Sonda sakinlərin səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir.