Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın məsul işçiləri Parlament prospekti 500-ci məhəllədə , 4,4A,6 saylı binanın sakinləri ilə səyyar görüş keçirilmiş və sakinlərin istək və arzuları dinlənmişdir. Sözü gedən məhəllədə yeni söhbətgahların yaradılması, oturacaqların qoyulması və ağacların budanılması üçün olan müraciətləri dinlənmiş və yerindəcə işlərin başlanmasına göstəriş verilmişdir. Rayon ərazisində sakinlərlə səyyar görüşlər bələdiyyə tərəfindən mütəmadi olaraq davam etdirilir və sakinlərin istək və arzuları yerinə yetirilir.