Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Sərəncamı və Demoqrafik inkişaf konsepsiyasının icrası ilə əlaqədar Yasamal rayonunda yeni ekoloji aksiya həyata keçirilib. Yasamal Rayon İcra Hakimiyyəti və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası baş tutub. Aksiya MİDA yaşayış kompleksinin ərazisindəki 161 nömrəli tam orta məktəbin həyətində keçirilib.
Aksiyada Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal bələdiyyəsinin rəhbər heyəti, həmçinin gənc fəallar və könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ərazidə yüzlərlə ağaclar əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib.
Yasamal rayonunda silsilə ekoloji aksiyalar davam edir.