14:54
Yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verildi
N.Nərimanov küç, 57/24 ünvanda Yasamal rayon İcra Hakimiyyəti, Yasamal Bələdiyyəsi və Azərbaycan Futbol Federasiyaları Assosiyası (AFFA) tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər. Gənclərimizin xüsusilə bu karantin şəraitində fiziki tərbiyə və idmanla məşğul olmaları üçün şərait yaradılmışdır. Bina sakinlərinin istirahəti üçün yeni skamyalar və söhbətgahlar qoyulmuşdur.

 




Category: Görülən işlər | Views: 11 | Added by: YasamalBələdiyyəsi | Tags: Elnur Allahverdiyev, Deputat, yasamal belediyyesi, Milli Meclis, Tahir Memmedov, yasamal, Elsad Hesenov, meydanca, İcra Hakimi | Rating: 0.0/0