ELANLAR

FAYDALI LİNKLƏR

AXTARIŞ

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

SAAT

TƏQVİM

«  İyul 2016  »
BB.erÇ.axÇC.axCŞ
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


10:33
Yasamalda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar
 

  İyulun 13-ü Yasamal Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib. Tədbirdə Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin Yasamal, Nəsimi və Nərimanov rayonlarının yerli strukturlarının nümayəndələri, ziyalılar, dindarlar və ictimai fəallar iştirak ediblər. 
      Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bu cür tədbirlərin keçirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Azərbaycandakı multikultural mühitin bütün dünya üçün örnək olduğunu bildirib. O, bəzi Şərq ölkələrində baş verən münaqişələrə diqqəti çəkərək, bəzi qüvvələrin din amilindən geosiyasi maraqlar üçün istifadə etdiyini təəssüflə bildirib. 
       Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov son illərdə respublikada keçirilən tədbirlərdə ayr-ayrı xalqların nümayəndələrinin iştirakını tolerantlıq nümunəsi kimi dəyərləndirib. 
     Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınması istiqamətində görülən işlərdən danışaraq qeyd edib ki, vətəndaşlarımızı, xüsusilə də gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti cəmiyyətin üzərinə düşür. Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Tağı Əhmədov dövlətin gənclərə diqqət və qayğısından danışıb. 
        Qeyd edək ki, müşavirədən öncə “Fitnə” filmi Yasamal rayon ictimiayyətinə təqdim olunub.

Baxış sayı: 227 | Xəbəri yerləşdirdi: yasamalbelediyye |