10:32
Yasamal rayonunda 27 Sentyabr Milli Anım Günü geniş şəkildə qeyd edilib
27 Sentyabr Milli Anım Günü bütün ölkə ərazisində olduğu kimi Yasamal rayonunda da qeyd edilib. Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda şəhidlərimizin məzarlarını ziyarət edib.
Milli Anım Günü çərçivəsində Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyasında Bələdiyyə üzvüləri və qulluqçuları iştirak etmiş və müxtəlif növ ağaclar akmişdilər. Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparılıb və daha öncə salınmış yaşıllıqlara qulluq göstərilib.



                                                     
Views: 44 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0