SAAT

ELANLAR

FAYDALI LİNKLƏR

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

ONLİNE ÖDƏMƏ

TƏQVİM

«  Dekabr 2018  »
BB.erÇ.axÇC.axCŞ
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


10:03
Yasamal Bələdiyyəsinin uğurları
      

Bələdiyyələrin yarandığı vaxtdan Yasamal Bələdiyyəsi sədr Zakir Cəfərovun rəhbərliyi ilə hər il bir yeniliyə nail olur.Bu da rayon rəhbərliyi və sakinləri tərəfindən çox böyük rəğbətlə qarşılanır.Bildiyimiz kimi Yasamal Bələdiyyəsi Bakı şəhərinin ərazi və əhali cəhətdən ən böyük rayonlarından birini əhatə edir.Ərazidə yerləşən böyük ticarət mərkəzləri,elm,təhsil ocaqları və səhiyyə müəssisələri daima əhalinin xidmətindədir.Yasamal Bələdiyyəsi öz səlahiyyətləri çərçivəsində ilk növbədə rayonda abadlıq quruculuq işlərinə diqqət yetirir.Yasamal Bələdiyyəsi rayon İcra hakimiyyəti ilə birlikdə yaşayış massivlərində neçə-neçə abad həyətlərin qurulması,küçələrə asfalt salınması,park və bağların daha da yaşıllaşdırılması və sakinlərin istirahəti üçün hər cür şəraitin yaradılmasında iştirak edir.

Yasamal Bələdiyyəsi respublikada bələdiyyələr arasında ilk dəfə 23 oktyabr 2018-ci il tarixində öz kitabxanasını açmışdır. Burada müxtəlif mövzularda tədbirlər keçirilir, alimlərlə, həkimlərlə, elm adamları ilə görüşlər təşkil olunur.

Yasamal Bələdiyyəsinin bütün struktur bölmələri öz fəaliyyətlərini təsdiq olunmuş əsasnamələri əsasında yerinə yetirilər.Bələdiyyə qulluqçularının nizam-intizam qaydalarına riayət etmələri daima nəzarət altında saxlanılır.

Vergi və ödənişlər şöbəsi tərəfindən ödəyicilərə daima borcları barədə ilk dəfə ödənişə cəlb etmək məqsədilə bildiriş, tədiyyə bildirişi, borcun ödənilməməsi təqdirdə müvafiq tədbirlərin görülüəcəyi ilə bağlı xəbərdarlıqlar təqdim olunur.Arxivin formalaşması işi davam etdirilir.Bütün bunların nəticəsi olaraq hər ay mütəmaddi olaraq vergi və ödənişlərin yığımında 10% artım müşahidə olunmuşdur.

Bələdiyyə mülkiyyətinə nəzarət şöbəsi rayonun məhəllədaxili ərazilərində müxtəlif icra orqanları tərəfindən sakinlərin avtomaşın saxlamaq üçün,( yəni qaraj istiqamətində istifadəyə) verilmiş torpaqlarının reyesteri ilə bağlı inventarlaşma aparmışdır.Bu işlər davam etdirilir və qarşıdakı ildə tam yekunlaşdırılması nəzərdə tutulur.Abadlıq istiqamətində sakinlərə verilmiş torpaqlara Vergi və ödənişlər şöbəsi ilə birlikdə müşahidə baxışı keçirilmiş və aktlaşdırılmışdır.Bundan əlavə bələdiyyə mülkiyyətinə nəzarət şöbəsi qarşıdakı yeni ildə icarəyə və istifadəyə verilmiş torpaq sahələrinin yerləşməsinin ünvanlara uyğun olaraq koordinatlarını,kosmik fəzadan çəkilişini sənədlərə daxil etməyi nəzərdə tutur.

İnsan resurslarının idarə edilməsi və sənədlərin qəbulu şöbəsi hər ay bələdiyyə qulluqçularının sayı və gördüyü işlər haqqında rəhbərliyə məlumat vermişdir.Yasamal Bələdiyyəsinə işə qəbul olunan və işdən xaric edilən işçilərin statistik sayı haqqında hər ayın əvvəlində Dövlət Məşqulluq İdarəsinə yazılı hesabat təqdim etmişdir.

Yasamal Bələdiyyəsi humanitar sahədə də xeyli işlər görmüşdür.Beləki sakinlərə verilən maddi yardımlar ötən illərə nisbətən 30% artmışdır.

Yasamal Bələdiyyəsinin bütün bu uğurları “Bələdiyyə Birliyi”,”Ulu Məkan” qəzetlərinin,”Zəka və Ülviyyət” jurnalının buraxılışlarında tez-tez işıqlandırılır.

Gələcəkdə Yasamal bələdiyyəsi əldə etdiyi uğurları daha da artıracaq,sakinlərin rifahı və yaşayışı üçün ildən-ilə fəaliyyətini genişləndirəcəkdir.Bu işdə Yasamal Bələdiyyəsinə uğurlar arzulayırıq.

 

 

 

 

 

Baxış sayı: 24 | Xəbəri yerləşdirdi: yasamalbelediyye |