14:02
Yasamal rayonunda Milli Qurtuluş Günü qeyd edilmişdir.

15 İyun-Milli Qurtuluş Günü münasibətlə rayon ictimaiyyəti Ulu Öndərin Fəxri Xiyabandakı məzarını ziyarət edərək onun əziz xatirəsini yad edib. Daha sonra ictimaiyyət nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət edərək ərazi bütovlüyümüz uğrunda həlak olanların ruhuna ehtiramını bildirdilər. Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirin əvvəlində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra isə Ulu Öndərin fəaliyyətindən bəhs edən filmin baxışı oldu.

Tədbirdə nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi ki, 20-ci əsrdə Azərbaycan iki dəfə müstəqillik qazanıb. Əsrin əvvəlindəki müstəqilliyimiz cəmi 23 ay sürüb. 1991-ci ildə SSRİ dağılandan sonra isə Azərbaycan ikinci dəfə müstəqillik qazandı.Lakin 90-cı illərin əvvələrindəki erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun dərinləşməsi müstəqilliyin  itirilməsi ilə nəticələnə bilərdi. Bu təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan qurtardı.

Elşad Həsənov bildirdi ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından xilas etdi.

     Tədbirin sonunda Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 15 iyun Milli Qurtuluş günü münasibətilə rayonun xidmət sahələrinin vəzifəli şəxslərinə və Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədova Yasamal Rayon İcra Hakimiyyətinin   fəxri fərmanını təqdim etdi.









Category: Tədbirlər | Views: 23 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0