15:57
Yasamal bələdiyyəsi şəhid ailəsini ziyarət edib

Bu gün Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın işçiləri şəhid Elvin Salahovun ailə üzvlərini ziyarət edib. Şəhidin atası Sabir Salahovla söhbətdə Elvinin döyüş yolundan danışılmış, 44 günlük müharibədə əldə edilən tarixi qələbəmizdə məhz Elvin kimi mərd gənclərimizin xüsusi rolu olması vurğulanmışdır.Bələdiyyə sədri Tahir Məmmədov söhbət zamanı 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Elvin Salahovun olduğunu dilə gətrimiş, onun bu qəhrəmanlığını, göstərdiyi şücaəti dövlət tərəfindən də yüksək qiymətləndirilərək "Cəsur döyüşçü” medalı, ”Vətən müharibəsi iştirakçısı” medalı, "Kəlbəcərin azad edilməsinə görə” medalı, "Xocavəndin azad edilməsinə görə” medalı, "Şücaətə görə” medalı ölümündən sonra təltif edildiyini bildirmişdir. Bələdiyyə sədri şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin əziz xatirəsinə ehtiram əlaməti olaraq güşəsinə baxış keçirib, ruhuna rəhmət diləyib. Şəhidlərimizin əziz xatirəsinin xalqımızın yaddaşına həkk olunduğunu vurğulayan Tahir Məmmədov ölkə prezidenti İlham Əliyev tərəfindən hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd edib.Ölkə başçısının şəhid ailələrinə göstərdiyi qayğı və diqqətə həm də bələdiyyədə öz töhvəsini hər zaman verməkdədir. Sədr bildirib ki, bələdiyyədə artıq bu istiqmətdə ayrıca bir sosial proqram təsdiq edilib. Bu istiqamətdəki fəaliyyətimizdə məhz bu proqrama uyğun qurmuşuq.Əlavə edək ki, Elvin Salahov Füzuli-Qubadlı istiqamətində gedən döyüşlərdə oktyabrın 23-də Qubadlıda snayper gülləsinə tuş gələrək şəhidlik zirvəsinə yüksəlib.





Category: Görülən işlər | Views: 22 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0