12:47
Yasamal bələdiyyəsi qazinin mənzilini təmir edib

Şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirilir.

Yasamal rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Yasamal bələdiyyəsi olaraq müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar tədbirlər həyata keçirirlər.

Vətən müharibəsi qazisi Namir Həsənovun müraciəti bələdiyyə iclasında müzakirə edilərək dərhal evin təmir edilməsi qərara alınıb.

Bu günlərdə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və aparatın işçiləri qazinin təmir olunmuş mənzilində olaraq səmimi söhbət etmiş və söhbət zamanı qazini narahat edən digər problemlər müzakirə olunmuş və ona yaxından köməklik göstərilmişdir.






Category: Görülən işlər | Views: 24 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0