10:11
Yasamal Bələdiyyəsi İcra aparatının şöbə müdiri Rizvan Mahmudov “Vətənpərvərlik İşində Xidmətlərinə Görə” medalı ilə təltif olundu

Mahmudov Rizvan Mehralı oğlu 6 aprel 1962-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuş,orta məktəbi bitirdikdən sonra 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub,1986-cı ildə Universiteti bitirmişdir.Müxtəlif vəzifələrdə çalışmış və hal-hazırda Yasamal Bələdiyyəsinin  Ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində işləyir.  

      Vətən Müharibəsi dövründə Orduya göstərdiyi dəstək, vətənpərvərlik nümunəsinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Yasamal Bələdiyyəsi İcra Apratının Ərazi idarəetmə şöbəsinin müdiri Mahmudov Rizvan Mehralı oğlu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri İctimai birliyinin İdarə heyətinin qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə   Görə” medalı ilə  təltif olunmuşdur.

       Daha öncə isə Rizvan Mahmudov Vətən Müharibəsi dövründə yüksək əzmkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.


Category: Tədbirlər | Views: 26 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0