13:50
Yasamal Bələdiyyəsi İcra aparatının Ərazi İdarəetmə şöbəsinin müdiri Rizvan Mahmudov Fəxri Fərmanla təltif olundu
"Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Yasamal Bələdiyyəsi İcra Aparatının Ərazi idarəetmə şöbəsinin müdiri Mahmudov Rizvan Mehralı oğlu Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general polkovnik Arzu Rəhimovun imzaladığı Fəxri Fərmanla təltif olunmuşdur.


Category: Tədbirlər | Views: 12 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0