15:17 Yasamal Bələdiyyəsi 2022-ci il üçün hesabat verdi | |
Yasamal Bələdiyyəsinin 2022-ci il ərzində gördüyü
işlər barədə Bələdiyyənin sədri Tahir Məmmədov geniş çıxış edərək bildirdi ki, Bələdiyyənin
26 iclası keçirilmiş və iclaslarda rayonun yerli əhəmiyyətli problemlərinin
həlli üzrə 187 məsələyə baxılmış, hər bir məsələnin icrası təmin edilmişdir.Bələdiyyəyə
rayon sakinlərindən və ayrı ayrı təşkilatlardan ümumilikdə 725 ərizə və
müraciətlər daxil olmuş,tərəfimizdən 1887 ünvana cavab və sorğular göndərilmişdir.
Yasamal Bələdiyyəsi "Bir Bələdiyyə - azı bir lahiyə” çərçivəsində yerli
aşağıdakı işləri görmüşdür. Məhəllə
daxili yolların və yaşayış məhəllələrinin abadlaşdırılması üzrə tədbirlər planına
uyğun olaraq rayonun müxtəlif ünvanlarında məhəllədaxili yolların və həyətlərin
təmiri həyata keçirilmişdir. Yasamal Bələdiyyəsi mütəmadi olaraq
sosial-humanitar tədədbirlər həyata kecirir, sosial qayğıya ehtiyacı olan
sakinlər həmişə diqqət mərkəzində saxlaylr, onları narahat edən problemlərin
həlli istiqamətində əməli işlər görülür. "20
Yanvar” faciəsinin ildönümü ilə əlaqədar
Rayon İcra Hakimiyyərti ilə birgə "20 Yanvar” şəhid ailələrinə və əlillərinə
ümumilikdə 90 nəfərə ərzaq yardımı paylanmışdir. Fevral ayında ”Xocalı”
faciəsinin ildönümü ilə əlaqədar 50 nəfərə Xocalı
şəhid ailələrinə ərzaq yardımı paylanmışdir. Rayon
ərazisində yaşayan şəhid, əlil və imkansız ümumilikdə 38 ailədən olan 78 uşaq üçün məktəbli
formasının və məktəb ləvazimatlarının alınmasına maddi yardım gösrərilmişdir. Daxil
olan müraciətlər əsasında 106
nəfərə maddi yardım
göstərilmişdir.Müsbət nəticələr, əsasən Bələdiyyə
büdcəsinin formalaşdırılması üçün vergi və ödənişlərin vaxtı-vaxtında yerli
büdcəyə ödənilməsinin təmin edilməsində
əldə edilmişdir. Vergi ödəyicilərinin sayı əvvəlki illərə nisbətən artmışdır. Rayon ərazisində yaşayan müharibə veteranlarının sosial müdafiəsini gücləndirmək məqsədilə rayon Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri İctimai birliyinə hər ay maddi yardım göstərilmişdir. I Qarabağ müharibəsi şəhidi İsgəndərov Əşrəf Ramiz oğlunun anası Axundova Məryəm Yusup qızı Bələdiyyə tərəfindən himayəyə götürülmuşdür.Mütəmadi olaraq dərman preparatları və ərzaq məhsulları ilə təmin olunur. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti ilə birlikdə Yasamal Bələdiyyəsi rayonun Mətbuat prospektində,Əsəd Əhmədov küçəsində,99 ədəd müxtəlif növ ağacəkmə aksiyası keçirilmişdir. Aksiya çərçivəsində ərazidə təmizlik-abadlıq işləri aparılmış,habelə əvvəlki illərdə salınmış yaşıllıqlara qulluq göstərilmiş və eyni zamanda rayon ərazisində qurumuş ağaclar yenisiylə əvəz olunmuşdur. "Qurban” bayramı münasibətilə rayon İcra Hakimiyyəti ilə birgə keçirilən tədbirdə rayonun şəhid ailələrinə, Vətən müharibəsi iştirakçılarına, aztəminatlı ailələrə, tənha şəxslərə və əlillərə ümumilikdə 2800 nəfərin hər birinə çəkisi 2 kq. olmaqla ümumilikdə 5600 kq. ət paylanmışdır. Məhəllə
komitələrinin sədrləri hər zaman bələdiyyə tərəfindən aparılan təşkilatı
işlərdə yaxından köməkliklər göstəriblər. Əhalinin maarifləndirilməsində daima
bələdiyyəyə yardımçı olublar. Eyni zamanda əmlak vergisinin
ödənilməsinə,ərazilərin təmiz saxlanılmasına nəzarət edirlər və bu barədə daima
Bələdiyyəni məlumatlandırırlar.Azərbaycan vətəndaş Cəmiyyətinin İnkişafında, gənclərin hərbi
vətənpərvərlik ruhunun aşılanması və bələdiyyə vətəndaş vəhdətinin
möhkəmlənməsi istiqamətində aktiv fəaliyyətlərinə görə 26 məhəllə komitələrinin sədrləri Yasamal bələdiyyəsinin Fəxri fərmanı ilə
təltif ediliblər. Vətən Müharibəsində şəhid olan Yasamal sakinlərinin doğum və anım
günlərində məzarları ziyarət olunmuş ,ehsan süfrələri açılmışdır.Mütəmadi
olaraq şəhid ailələri və Vətən
Müharibəsi iştirakçıları ziyarət olunmuş, onlara ərzaq və maddi yardım verilmiş,
3 Vətən müharibəsi iştirakçısının evi təmir olunmuşdur. Şəhid ailələrinin
yaşadıqları ünvanlarda abadlıq işləri aparılmış,söhbətgahlar qoyulmuş və xatirə
bulağı inşa edilmişdir. 8 noyabr Zəfər
bayramı münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü,Yasamal
Bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailələrinin və qazilərin eləcədə Mədəniyyət Nazirliyinin əməkdaşlarının iştirakı ilə "Yaşıl mədəniyyət” devizi altında ağacəkmə
aksiyası keçirilmişdir. Bu cür
aksiyalar Yasamal Bələdiyyəsi tərəfindən mütəmadi olaraq davam etdirilir. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü və Yeni il münasibətilə rayonun
Parlament prospekti 44 ünvanında Yasamal
Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı
ilə tədbir keçirilmişdir. Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamının icrasının təmin etmək məqsədilə
Yasamal Bələdiyyəsinin elektron saytı və elektron ünvanı yaradılmış, müasir
İKT-nin bütün imkanlarından istifadə edərək fasiləsiz internetlə təmin olunmuş,
elektron vergi sistemi yaradilaraq bələdiyyənin vahid informasiya bazası
formalaşdırılmışdır. Bələdiyyənin fəaliyyətini özündə əks etdirən hesabatlar,
keçirlən tədbirlər barədə məlumatlar bələdiyyənin saytında yerləşdirilərək
əhalinin bələdiyyənin fəaliyyəti barədə məlumat almaq və onlardan elektron
müraciətlərin qəbulu üçün müvafiq şərait yaradılmışdır. | |
|