SAAT

ELANLAR

FAYDALI LİNKLƏR

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

ONLİNE ÖDƏMƏ

TƏQVİM

«  Yanvar 2019  »
BB.erÇ.axÇC.axCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

FOTOALBOM

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye

yasamal belediyye


17:00
Yanvarın 17-də Yasamal rayon Bələdiyyəsində “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirildi
      

Yanvarın 17-də Yasamal rayon Bələdiyyəsinin yeni yaradılmış kitabxanasında rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ailə Akademiyası” layihəsinin açılış tədbiri keçirildi.Tədbirdə Yasamal rayon İcra hakimyyəti başçısının müavini Təravət Muradova, Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov, Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr imüavini Aynur Sofiyeva, YAP Yasamal rayon təşkilatının Qadınlar şurasının sədri Tamella Şahbazova,Yasamal rayon Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, AMEA-nın Fəlsəfə İnstitutunun Politologiya şöbəsinin müdiri, elmlər doktoru,professor Rəna Mirzəzadə, bələdiyyə qulluqçuları və rayon ərazisində fəaliyyət göstərən digər müəssisə ,təşkilatların rəhbərləri iştirak etdilər.Tədbiri giriş sözü ilə Yasamal rayon İcra hakimiyyətinin başçısı Təravət Muradova açaraq, öz çıxışında müasir dövrdə dünyada baş verən qlobal dəyişikliklərin və çağırışların ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini, bununla əlaqədar olaraq, dövlət ailə siyasətinin dəstəklənməsi istiqamətində ailə institutunun təbliği, milli-mənəvi dəyərlərin gənc nəsilə aşılanması, eləcədə qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması məqsədilə yerlərdə özünüidarəetmə orqanlarının imkanlarını nəzərə alaraq, bələdiyyə orqanları ilə birgə “Ailə Akademiyası” layihəsinin keçirilməsini qeyd etdi. Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qloballaşma şəraitində zamanın çağırışlarına uyğun olaraq baş verən bir sıra proseslərin ailə institutuna nəzərəçarpacaq təsir göstərdiyini qeyd etdi. “Ailə Akademiyası” layihəsinin əsas məqsədinin qloballaşmanın ailə institutuna təsiri fonunda ailə dəyərlərinin təbliği, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, qadınların cəmiyyətdə fəallığının və iştirakçılığının artırılması,gənclərin hüquqi biliklərinin və müasir cəmiyyətin inkişafında rolunun artılıması olduğunu qeyd etdi.O cümlədən hazırda ölkə ərazisində 1607 bələdiyyə orqanının fəaliyyət göstərdiyini, ailə akademiyası layihəsi çərçivəsində tədbirlərin bələdiyyə orqanlarında mütəmadi olaraq keçirilməsinin nəzərdə tutulduğunu, bu isə ümumilikdə il ərzində tədbirlərin davamlılığından asılı olaraq 1 ay ərzində 2 görüş, hər görüş üçün 30 nəfər nəzərdə tutulduğunu qeyd etdi və bu görüşlərin 1.1 milyondan artıq insanın maariflənməsinə səbəb olacağını vurğuladı. AMEA-nın Fəlsəfə İnstitutunun Politologiya şöbəsinin müdiri, elmlər doktoru,professor Rəna Mirzəzadə öz çıxışında layihənin əhəmiyyətindən, müasir gənclərin üzləşdiyi ictimai problemlərdən, Azərbaycanda qadın hüquqlarından,onlara verilən dəyərdən, boşanmalar və səbələrindən, ailə təməlinin düzgün qurulmasından danışaraq, örnək ailə nümunələrindən bəhs etdi.Tədbirin sonunda Yasamal Bələdiyyəsinin sədri Zakir Cəfərov layihənin davamlılığı məqsədilə yerli özünüidarəetmə orqanları tərəfindən müxtəlif mövzular üzrə ekspertlərin iştirakı ilə tədbirlərin mütəmadi olaraq keçirilməsinin vacibliyini vurğuladı.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Baxış sayı: 13 | Xəbəri yerləşdirdi: yasamalbelediyye