10:51
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar rayonun bir sıra yerlərində agacəkmə aksiyası keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar Yasamal rayoununda agacəkmə aksiyası keçirilib. Aksiyada Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi,Yasamal Bələdiyyəsinin rəhbərliyi,bələdiyyə üzvüləri və bələdiyyə qulluqçuları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla minlərlə müxtəlif növ ağaclar əkildi. Yeni agacların əkilməsi Yasamal rayounda və ümumiyyətlə paytaxtda yaşıllıqların daha da artırılmasına, qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.
Eyni zamanda 10 may 2021-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin məzarı ziyarət edilmişdir.





Category: Görülən işlər | Views: 41 | Added by: YasamalBələdiyyəsi | Rating: 0.0/0