30.12.2020Çərşənbə

Xavər xanım ad gününüz mübarək.

Yasamal rayonunun Ahıl şəxslərinən olan Nəcəfova Xavər Əliverdi qızının anadan olmasının 90 illik yubleyi münasibəti ilə Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov Xavər Xanımın yaşadığı evə gedərək onun doğum günü Münasibəti ilə təbrik etmiş və xoş arzularını çatdırmışdır.




23.12.2020Çərşənbə

23.12.2020-ci il tarixdə Türk Dünyası Bələdiyyələr Birliyi ilə Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyası arasında video konfrans

Video konfransda Türkiyənin bələdiyyə sədrləri, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının nümayəndələri, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və Respublikamızın bir neçə bələdiyyə sədrləri iştirak etmişdir. Konfransın məqsədi Türkiyə Cumhuriyyətində eləcədə Respublikamızda Koronavirus pandemiyası ilə əlaqədar görülən işlər barədə idi. Video Konfransın məzmununa uyğun olaraq, pandemiya dövründə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun Təşkilatçılığı ilə rayon ərazisində sakinlər arasında mütəmadi olaraq maarifləndirici söhbətlər aparılmış, tövsiyələr verilmiş,pulsuz tibbi maskalar paylanılmış və rayon ərazisində yerləşən yaşayış binalarında dezinfeksiya işləri aparılmışdır.Eyni zamanda sakinlərə parça maskadan istifadə qaydalarından və parça maskadan istifadə qaydalarından və parça maskanın hazırlanması üzrə təlimatdan bəhs edən bukletlər paylanılmışdır. Hal-hazırda Yasamal rayon ərazisində maarifləndirmə dezinfeksiya işləri davam etdirilir.


11.12.2020Cümə

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov "VƏTƏNPƏRVƏRLİK İŞİNDƏ XİDMƏTLƏRİNƏ GÖRƏ" medalı ilə təltif edilmişdir.

Yasamal Bələdiyyəsinin Sədri Tahir Məmmədov Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən  "VƏTƏNPƏRVƏRLİK İŞİNDƏ XİDMƏTLƏRİNƏ GÖRƏ" medalı ilə təltif edilmişdir.

      



« 1 2