Yasamal rayonunun ictimaiyyəti 20 yanvar şəhidlərini anıb 20 yanvar faciəsinin 33-cü ildönümü
ilə əlaqədar paytaxtn 20 yanvar dairəsində 20 yanvar şəhidlərinin xatirəsinə
ucaldılmış abidə kompleksinin önündə Yasamal rayon İcra Hakimiyyətinin,millət
vəkillərinin,YAP Yasamal rayon təşkilatının sədrinin, bələdiyyə üzvləri və
qulluqçularının və təşkilat rəhbərlərinin iştirakı ilə anım mərasimi keçirilib. Yasamal Rayon İcra Hakimiyyətinin
başçısı Elşad Həsənovun rəhbərliyi ilə millət vəkilləri, ziyalılar və şəhid
ailələri 20 yanvar abidə kompleksinə gələrək Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyünün müdafiəsi uğrunda mübarizədə həyatlarını fəda etmiş vətən
övladlarını təcəssüm etdirən kompleksin önünə tər qərənfillər düzmüş,
şəhidlərimizin xatirəsinə ehtiramlarını bildirmişlər.Vətən övladlarının əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib. Daha sonra Yasamal Rayon İcra
Hakimiyyətinin təşəbbüsü və Yasamal Bələdiyyəsinin təşkilatçılığı ilə ehsan
süfrəsi açılıb.Tədbirdə 20 yanvar şəhidlərinin xatirəsi yad edilib, ruhlarına
dualar oxunub. 20 Yanvar faciəsinin canlı şahidi ziyarət edildi. 20 yanvar
faciəsindən 33 il keçir.Yasamal bələdiyyəsinin tədbirlər planına əsasən
bələdiyyənin rəhbərliyi,bələdiyyənin məhəllə komitələrinin sədrləri 20 Yanvar
faciəsinin canlı şahidi II qrup əlil Nazim Ələkbərovu ziyarət
etmişlər.Evində yaratdığı muzeylə tanış olmuşlar,həmin hadisələr haqqında
təəssüratlarını onunla bölüşüblər,hadisələrinin canlı şahidi Nazim Ələkbərovun gördüklərindən
və yaşadıqlarından bəhs edən "Son anda” adlı filmdən söhbət açıblar. Sonda Nazim Ələkbərova Ümummilli Lider
Heydər Əliyev və Prezident İlham Əliyev haqqında kitablar təqdim olunmuşdur. Yasamal rayonunda Anım Günündə şəhidlərimiz yad edilib 27 sentyabr Anım Günü Yasamal rayonunda geniş şəkildə qeyd edilib.Yasamal rayon ictimaiyyəti Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi yad edib.Öncə ictimaiyyət nümayəndələri Anım Günü çərçivəsində Yasamal rayonunda agacəkmə aksiyası keçiriblər. Rayon rəhbərliyi və şəhid ailələrinin, bələdiyyə üzvlərinin və qulluqçularının iştirak etdiyi ağacəkmə aksiyasında müxtəlif növ ağaclar əkilib. Daha sonra şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq 2-ci Fəxri Xiyabanda əsgər və zabit şəhidlərimizin məzarları ziyarət edilib.Şəhidlərin ruhuna dualar oxunub, məzarları önünə gül dəstələri qoyulub. Daha sonra saat 12.00-da ümumölkə aksiyası çərçivəsində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra Yasamal rayonu ictiamiyyətinin nümayəndələri Təzə Pir məscidində ehsan mərasimində bir araya gəliblər.Tədbirdə şəhidlərin ruhuna dualar oxunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib Bakıda səfərdə olan Türkiyənin Gebze bələdiyyəsinin nümayəndə heyəti Yasamal Rayon İcra Hakimiyyətində görüşlər keçirib.Qonaqları salamlayan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd etdi ki, bu gün Azərbaycan-Türkiyə münasibətləri çox yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyev bu münasibətlərin "Bir millət, iki dövlət” prinsipi əsasında qurulduğunu bəyan etmişdir. Bildirildi ki, Türkiyə dövləti 2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycana mənəvi və siyasi dəstək verdi və Azərbaycan dövləti və xalqı bunu çox yüksək qiymətləndirir.Qeyd olundu ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksəlməsində cənab Prezident İlham Əliyev və cənab Prezident Rəcəb Tayyip Ərdoğanın xüsusi xidmətləri var. Öz növbəsində Gebze bələdiyyəsinin sədri Zinnur Böyükgöz qonaqpərvərliyə görə Azərbaycan tərəfində minnətdarlğını bildirdi. Görüşdə çıxış edən Milli Məclisin deputatları Elnur Allahverdiyev, Səbinə Xasayeva, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və Türkiyə Böyük Millət Məclisinin üzvü Cəmil Yaman ikitərəfli münasibətlərin müxtəlif sahələrindən söz açdılar.Görüş zamanı yerli özünü idarəetmə sahəsində təcrübə mübadiləsi, qurumlar arasında ticarət, mədəniyyət, iqtsadiyyat sahələrində əlaqələrin perspektilərinə dair ətraflı fikir mübadiləsi aparıldı. Yasamal rayonundakı M.Cuvarlinski adına 52 saylı orta məktəbdə “Son Zəng”keçirilmişdir 14 iyun 2022-ci il tarixdə 52 saylı orta məktəbdə "Son
Zəng”keçirilmişdir.Tədbirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlanılmışdır. "Son Zəng”də iştirak edən Yasamal Bələdiyyəsinin
rəhbərliyi,Vətən müharibəsi iştirakçıları və qonaqlar məzunları təbrik
etmiş,onlara ən xoş arzularını bildirmişlər.Tədbir 52 nömrəli orta məktəbin
məzunlarının hazırladığı musiqili proqramla davam etdirilmişdir. Yasamal rayonunda Milli Qurtuluş Günü qeyd edilmişdir. 15
İyun-Milli Qurtuluş Günü münasibətlə rayon ictimaiyyəti Ulu Öndərin Fəxri
Xiyabandakı məzarını ziyarət edərək onun əziz xatirəsini yad edib. Daha sonra
ictimaiyyət nümayəndələri Yasamal rayon şəhidlərinin xatirə kompleksini ziyarət
edərək ərazi bütovlüyümüz uğrunda həlak olanların ruhuna ehtiramını
bildirdilər. Yasamal Rayon İcra Hakimiyyəti və YAP Yasamal rayon təşkilatının
birgə təşkilatçılığı ilə tədbir keçirildi.Tədbirin əvvəlində Ulu Öndərin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra isə Ulu Öndərin
fəaliyyətindən bəhs edən filmin baxışı oldu. Tədbirdə
nitq söyləyən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildirdi
ki, 20-ci əsrdə Azərbaycan iki dəfə müstəqillik qazanıb. Əsrin əvvəlindəki
müstəqilliyimiz cəmi 23 ay sürüb. 1991-ci ildə SSRİ dağılandan sonra isə
Azərbaycan ikinci dəfə müstəqillik qazandı.Lakin 90-cı illərin əvvələrindəki
erməni təcavüzü, iqtisadi böhran, xalq ilə iqtidar arasında uçurumun
dərinləşməsi müstəqilliyin itirilməsi ilə nəticələnə bilərdi. Bu
təhlükəni görən Azərbaycan xalqı Heydər Əliyevə üz tutdu. Xalqın təkidi ilə
Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı və Azərbaycanı böyük bəladan
qurtardı. Elşad
Həsənov bildirdi ki, bu gün Ümumilli Liderin siyasətini, onun layiqli
davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev qətiyyətlə davam etdirir. Cənab
Prezidentin apardığı siyasət Azərbaycanı hər sahədə uğura aparır. 15 iyun Milli
Qurtuluş günü tariximizin digər böyük bir tarixi ilə bağlıdır- 8 noyabr Zəfər
günü. Zəfər gününə gedən yol məhz Milli Qurtuluş günündən başladı. 1993-cü ildə
Heydər Əliyev Azərbaycanı dağılmaqdan xilas etdi, 2020-ci ildə isə cənab
Prezident İlham Əliyev Qarabağı erməni işğalçılarından xilas etdi.
Tədbirin sonunda Yasamal Rayon
İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal
rayonunun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə və 15 iyun Milli
Qurtuluş günü münasibətilə rayonun xidmət sahələrinin vəzifəli şəxslərinə və Yasamal
Bələdiyyəsinin sədri Tahir Məmmədova Yasamal Rayon İcra Hakimiyyətinin fəxri fərmanını təqdim etdi. Şəhidin anim mərasimi keçirilmişdir. Vətən müharibəsinin iştirakçisi
olmuş şəhid Dadaşzadə Kənan Elman oğlunun Yasamal Bələdiyyəsinin "Mərasim evi”ndə
dünyaya gəldiyi gün anım tədbiri keçirilmişdir. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin rəhbər şəxsləri
iştirak etmişdir.Torpaqlarımızın
bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub,Azərbaycan
Respublikasının Dövlət Himni səsləndirilib. Anım
tədbirində 52 nömrəli orta məktəbin
şagirdlərinin ifasında
Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş
etdirilib. Yasamal
rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi şəhid ailələrinin və qazilərin
daima yanındadır və onlara xüsusi diqqət göstərir. Yasamal Bələdiyyəsində seminar keçirilmişdir. Yasamal Bələdiyyəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Bələdiyyələrlə İş mərkəzinin əməkdaşlarının iştirakı ilə Bələdiyyə qulluqçuları
üçün seminar keçirilmişdir.Seminarda Vergi və ödənişlərin toplanması,mehmanxana,sanatoriya-kurort
və turizm xidmətləri göstərən şəxslərdən ödənişin alınması və digər məsələlərə
toxunulmuşdur. Yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verildi. "5 mərtəbə" kimi tanınan ərazidə Yasamal rayon İcra Hakimiyyəti, Yasamal bələdiyyəsi və Azərbaycan Futbol Federasiyaları Assosiyasiyası (AFFA) tərəfindən birgə inşa olunmuş yeni süni örtüklü meydança sakinlərin istifadəsinə verilib. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, Milli Məclisin deputatı Elnur Allahverdiyev, Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.Gənclərimizin xüsusilə bu karantin şəraitində fiziki tərbiyə və idmanla məşğul olmaları üçün şərait yaradılmışdır.Bina sakinlərinin istirahəti üçün yeni skamyalar və söhbətgahlar qoyulmuşdur.
Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsi ziyarət olundu. "9 MAY”Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 76 –cı ildönümü münasibətilə Yasamal rayon Icra Hakimiyyətinin rəhbərliyi ilə birgə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov və Bələdiyyə qulluqçuları Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin abidəsinə baş çəkiblər.Abidə önünə əklil qoyulub, Böyük Vətən Müharibəsinin qurbanları yad edilib.
Yasamal Bələdiyyəsində “Nizami Gəncəvi İli” adlı tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2021-ci il Azərbaycanda "Nizami Gəncəvi ili” elan edilmişdir.Yasamal bələdiyyəsində də"Nizami Gəncəvi ili” ilə əlaqədar tədbir keçirilmişdir.Tədbirdə Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov çıxış edərək cənab Prezidentin Sərəncamının dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ərəfəsində bəşəri əhəmiyyət kəsb etdiyini və Nizaminin qələmindən çıxmış əsərlər insanlarda yüksək zövq,böyük dərrakə və ağıl tərbiyə edən,insanın həm özünü,həm də mühitini çox geniş planda, bütün təzadları ilə təsvir edən uzun ömürlü, olməz əsərlər olmasını vurğulamışdır.
Mahmudov Rizvan Mehralı oğlu 6 aprel 1962-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Kosalı kəndində anadan olmuş,orta məktəbi bitirdikdən sonra 1981-ci ildə Azərbaycan Dövlət Universitetinin Biologiya fakültəsinə daxil olub,1986-cı ildə Universiteti bitirmişdir.Müxtəlif vəzifələrdə çalışmış və hal-hazırda Yasamal Bələdiyyəsinin Ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində işləyir. Vətən Müharibəsi dövründə Orduya göstərdiyi dəstək, vətənpərvərlik nümunəsinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə Yasamal Bələdiyyəsi İcra Apratının Ərazi idarəetmə şöbəsinin müdiri Mahmudov Rizvan Mehralı oğlu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid ailələri İctimai birliyinin İdarə heyətinin qərarına əsasən "Vətənpərvərlik İşində Xidmətlərinə Görə” medalı ilə təltif olunmuşdur. Daha öncə isə Rizvan Mahmudov Vətən Müharibəsi dövründə yüksək əzmkarlıq göstərdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Fəxri Fərmanları ilə təltif edilmişdir.
Vətən Müharibəsi dövründə Orduya göstərdiyi dəstək və vətənpərvərlik nümunəsinə görə Yasamal Bələdiyyəsi İcra Aparatının Ərazi idarəetmə şöbəsinin müdiri Mahmudov Rizvan Mehralı oğlu Azərbaycan Respublikası Müdafiə nazirliyinin İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur.
|