13:55 Tələbələr Yasamal Bələdiyyəsində təcrübə keçəcəklər | |
Bakı Biznes Universitetinin
Biznes və menecment fakültəsinin "Dövlət və Bələdiyyə İdarəetmə” ixtisası üzrə
təhsil alan tələbələri, Yasamal bələdiyyəsində may ayına kimi təcrübə
keçəcəklər. Tələbələrinin təcrübə kursunu
bələdiyyədə keçmələri gənclərin bələdiyyə fəaliyyətini daha dərindən
öyrənmələrinə xidmət edir və onların gələcəkdə bələdiyyə sahəsində
ixtisaslarına uyğun çalışmalarında stimul yaradır. | |
|